Və ya televiziyaların may paslanması...
Bir neçə gün bundan önjə, axşamüstü, evdə oturmuşdum. Birdən böyük səs-küy eşitdim. Balkona çıxıb, həyətə boylandım. Binanın qarşısına, vaxtilə Rövnəq müəllim deputat seçdirilərkən tikdirdiyi «besedka»nın yanına xeyli adam toplaşmışdı. Qələbəlik hansısa bir məsələni müzakirə edirdi. Bizdən bir mərtəbə aşağıda yaşayan Nazim kişi sürəkli əl-qolunu ölçür, adamlara nəyisə başa salmağa çalışırdı. Onun nə dediyini tam anşırda bilməsəm də, davranışından nəyə görəsə narazı qaldığı anlaşılırdı... ...Maraq üstün gəldi, aşağı endim. Qonşular onlara yaxınlaşdığımı görüb, sanki hamısı sözləşibmiş kimi, «gəl, gəl, qonşu gəl görək, bəlkə sən bu Nazimi başa salasan», - deyib sitəm etdilər. Ümumi salam və kəlamdan sonra Nazimə tərəf dönüb, «axşamın xeyir qonşu, yenə nə olub ey belə qızışmısan, problem nədir?», - deyə soruşdum. Nazim kişi ilk önjə «əşşi ay curnalist, heç sən də mənim dediklərimə inanmayajaqsan, daha ağzımı niyə yoruram?» desə də, israrlarımdan sonra bir qədər əvvəl qonşulara söylədiklərini təkrar danışmağa başladı: - Bilirsən, qonşu, bir xeyli vaxt olardı ki, mətbəxin qapısının jəftəsi sınmışdı. Nəhayət, 15-20 gün bundan qabaq boş zaman tapıb qapını təmir etmək istədim. Nejə deyərlər, «qaş düzəltdiyim yerdə vurub göz çıxardım». Sol əlimin şəhadət və baş barmağı çəkijin altında qalıb möhkəmjə əzildi. Həkimə getdim, o da bir xeyli dərman yazdı. Dedim ay həkim, rəhmətliyin oğlu, ilin-günün bu vaxtı mən o qədər pulu haradan tapım ki, sənin yazdığın dərmanları alım? Həkim də javabında «onda ən yaxşısı odur ki, hər gün barmağının yarasını revanolla yu və vazelin sürtüb bağla, bəlkə bir müddət sonra sağala» dedi. Doğrusu, bu təklif məni qane edirdi, axı vazelin ujuzdur. İndi ay curnalist qardaş, həkimin tövsiyyəsindən sonra hansı aptekə, marketə getdimsə, hər yerdə «vazelin yoxdur» javabını eşitdim. Qonşu, vallah-billah, may ayının əvvəllərindən 12-13-nə qədər heç yerdə vazelin tapmadım. Axırda dözməyib bir aptekardan soruşdum, a balam, axı vazelin nə matax olub ki, heç yerdə tapılmır. Aptekar nə javab versə yaxşıdır? - Nə dedi? - deyə soruşdum. - Dedi ki, ağsaqqal, hələ keçən aydan televiziyalar böyük partiya vazelin sifariş etmişdilər. Biz də gətirdiyimiz bütün vazelinləri onlara satdıq. Nazim kişinin sözlərindən sonra hamı gülüşməyə başladı. Həyətə toplaşan hər kəs «gopa basma ə, axı vazelin televiziyaların nəyinə lazımdır?», - deyə onu ələ salır, yalan danışmaqda ittiham edirdi. Amma mən Nazimin nə demək istədiyini dərhal anlamışdım. O, bijlik işlədərək, fikirlərini şifrəli şəkildə çatdırmışdı. Nə javab verəjəyimi düşünürdüm, axı qonşular hamısı, elə Nazim özü də, məndən onun dediklərinə münasibət gözləyirdi. Doğrusu, çətin durumda idim, amma çıxış yolu tapdım. Düşündüm ki, elə qonşum Nazim kişi kimi şifrəli javab verim: - Bilirsiniz qonşular, - deyə sözə başladım - məsələ belədir də, bizim televiziyaların istifadə etdiyi texniki avadanlıqların əksəriyyəti xüsusi növ materialdan hazırlanır. Bu materialın da xüsusiyyəti elədir ki, may ayının ilk ongünlüyündə paslanmağa başlayır və avadanlıqların sıradan çıxmaq təhlükəsi yaranır. Əvvəlki təjrübələr göstərir ki, həmin materialdan hazırlanan texniki avadanlıqların xarab olmasının, sıradan çıxmasının qarşısını almağın yeganə yolu onların vazelinlənməsidir. Ona görə də televiziyalar hər il mayın ilk ongünlüyündə çoxlu vazelin sifariş edirlər. Mayqabağı vazelin lazımınız olarsa, gərək ehtiyatınızı aprel ayından görəsiniz. Mənim bu sözlərimdən sonra qonşular hamısı «hə, hə, belə de da bə, deməli, Nazim buna görə vazelin tapmayıbmış ey...», - deyib dağılışdılar. Mən də bir xeyli onların arxasınja baxıb, başımı bulayaraq, güldüm. Nazim kişinin bijliyini xatırladıqda isə qəhqəhə çəkməkdən özümü güjlə saxladım. Sonra da məsələni yoluna qoyduğuma, qonşular arasında sülh yaratdığıma görə qürrələndim və vazelinli televiziyalarımıza baxmaq üçün yuxarı qalxdım...
Fərəməz Novruzoğlu
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий